Şimali Koreya İran avtomobilləri ilə MARAQLANIR

Maraqlı 9 May 2024 12:12 Oxunub 216
Şimali Koreya İran avtomobilləri ilə MARAQLANIR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İranın SAİPA şirkəti bu il avtomobil ixracını üçqat artırmaq istəyir. 

Avtosfer.az xəbər verir ki, şirkət bunu Rusiya, Suriya və Venesuelaya ixracatı artırmaqla həyata keçirmək istəyir. Lakin şirkətin bir qədər qəribə görünəcək iddiası da var. 
Belə ki, iranlılar Şiamli Koreya bazarına girmək istəyirlər. Ötən həftə Pxenyanda İranın sənaye sərgisi keçirilib və burada avtomobillər daha geniş təqdim edilib. Sərgidə Şimali Koreya rəsmiləri İranla müştərək istehsal  barədə təklif səsləndiriblər. Qarşı tərəf təklifə müsbət yanaşsa da, hələlik heç bir müzakirə aparılmayıb.
Görəsən, koreyalılar 60-cı illərdə avropalı istehsalçıların başına açdıqları oyunları iranlı istehsalçın başına açmayacaqlar? Volvo və MAN Pxenyana satdıqları maşınların pulunu yarım əsrdir geri ala bilmir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh