Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb - FOTOLAR

Yeniliklər 27 Aprel 2024 11:00 Oxunub 224
Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Şərur rayonunda və ətraf kənd avtomobil yollarında yeni yol nişanları quraşdırılıb.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a bildirilib ki, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Agentlik tərəfindən Şərur rayonu və rayonun Ələkli, Xanlıqlar, Vərməziyar, İbadulla, Yengicə, Dəmirçi kəndlərinin yollarında yeni yol nişanları quraşdırılıb.

Bu səbəbdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, quraşdırılan yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh