Azərbaycana gələcəkmi? "BYD" hibrid sedan avtomobilini təqdim edir

Avtodünya 9 May 2024 17:45 Oxunub 504
Azərbaycana gələcəkmi? "BYD" hibrid sedan avtomobilini təqdim edir
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu yaxınlarda Pekin Beynəlxalq Avtomobil Sərgisində nümayiş etdirilən "BYD Qin L" indi bazara çıxmağa hazırlaşır. Avtomobilin satış tarixini bu gün açıqlayan şirkət yeni sedan modelini bu ay ərzində sahiblərinə təhvil verəcək. 

Avtosfer.az xəbər verir ki, həm elektrik, həm də benzin mühərriki ilə "BYD Qin L" 29 Mayda yollarda olacaq.
Satış rəqəmləri ilə bir çox markaları geridə qoyan "BYD" indi də yeni avtomobilini sedan sinfində satışa çıxarmağa hazırlaşır. İlk dəfə Pekin Beynəlxalq Avtomobil Sərgisində nümayiş etdirilən "BYD Qin L" adlı yeni avtomobil mayın 29 -da təqdim olunacaq . Dizaynı ilə orta seqment görünüşünü ən yaxşı əks etdirən avtomobil plug-in hibridinə görə çox seçiləcək.
Maşın beş fərqli versiyada təqdim ediləcək. Çin şirkəti avtomobilin həm mühərrik, həm də dizayn baxımından sizə xitab etməsini təmin edir. Plug-in hibrid olduğu üçün həm elektriklə, həm də benzinlə idarə etməyə imkan verən "BYD Qin L"də elektrik mühərrikindən əlavə 1,5 litrlik benzin mühərriki də var. 100 at gücü hasil edən bu mühərrik 160 kVt güc çıxaran elektrik mühərriki ilə birləşdikdə yanacaq baxımından istifadəçini çox sevindirir.


Mayın 29-da 16 600 dollardan başlayan qiymətlərlə satışa çıxarılacaq yeni sedana əlavə olaraq 15,6 düymlük fırlanan ekran, NFC rəqəmsal açar, bortda ETC, ağıllı sürücü köməkçisi, kruiz kontrol, zolaq saxlama köməkçisi və kor nöqtələrin monitorinqi daxildir.


Məhəbbət

ŞƏRH YAZ
Ad

E-mail

Şərh