Ağır yol qəzası: “DAF”la “Škoda” toqquşdu, 3 ölü - FOTO

Avtosfer Foto 9 May 2024 19:21 Oxunub 2740
Ağır yol qəzası:  “DAF”la “Škoda” toqquşdu, 3 ölü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyanın Samara vilayətində 3 nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə mayın 9-da Р229 federal magistralının 29-cu kilometrliyində qeydə alınıb. 

Məlumata görə, “Škoda” markalı minik avtomobili “DAF” markalı yük maşını ilə toqquşub.

Zərbənin şiddətindən minik avtomobilinin ön hissəsi deformasiyaya uğrayıb.

Nəticədə “Škoda”da olan 3 nəfər (2 kişi, 1 qadın) ölüb, daha 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları tərəfindən qəzanın başvermə səbəbləri araşdırlır.

 

Namiq Musayev

ВКонтакте/uslyshano.kinel

ВКонтакте/uslyshano.kinel

ВКонтакте/uslyshano.kinel

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh