“BMW” reklam dirəyinə çırpıldı: 1 ölü, 4 yaralı - FOTOLAR

Avtosfer Foto 12 May 2024 12:14 Oxunub 2676
“BMW” reklam dirəyinə çırpıldı:  1 ölü, 4 yaralı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyənin Ankara şəhərində 1 nəfərin ölümü, 4 nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə mayın 12-də səhər saatlarında Çanqaya rayonunda qeydə alınıb.

Məlumata görə, 06-MC-7580 nömrə nişanlı “BMW” markalı minik avtomobili, sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı reklam dirəyinə çırpılıb.

Zərbənin təsirindən avtomobil ciddi zədələnib.

Nəticədə sürücü ölüb, 4 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar, hadisə yerinə cəlb olunan ambulanslarla ətrafdakı tibb mərkəzlərin aparılıb.

Qəzanın başvermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

Ankara'da otomobil direğe çarptı: 1 ölü, 4 yaralı

Ankarada otomobil direğe çarptı: 1 ölü, 4 yaralı

Ankarada otomobil direğe çarptı: 1 ölü, 4 yaralı

Ankarada otomobil direğe çarptı: 1 ölü, 4 yaralı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh