Köhnə maşınların istifadəsinin məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlanacaq

Avtoxəbər 11 May 2024 10:47 Oxunub 510
Köhnə maşınların istifadəsinin məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlanacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi cəhətdən köhnəlmiş nəqliyyat vasitələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, onlardan istifadənin və dövriyyələrinin məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlanacaq.

Avtosfer.az xəbər verir ki, bu, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb.

Məlumata görə, layihə iyunun 1-dək hazırlanaraq Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinə (o cümlədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) və Dövlət Gömrük Komitəsinə təqdim edilməlidir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh