Kondisioneri əvəz edən plyonka - 70 avtomobildə sınaqdan keçirilir

Avtoxəbər 8 May 2024 20:42 Oxunub 4086
Kondisioneri əvəz edən plyonka - 70 avtomobildə sınaqdan keçirilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ekologiya ilə bağlı tələblər sərtləşdikcə kondisionerlərin əvəzlənməsi üçün də yollar axtarılır. 

Avtosfer.az xəbər verir ki, Hyundai şirkəti kondisioneri əvəzləyəcək plyonka hazırladığını bildirib. Avtomobilin istənilən şüşəsinə yapışdırıla bilən bu plyonkanın kondisioneri əvəzlədiyi iddia olunur.

Kütləvi istehsalı başlamayan plyonka hazırda Pakistanın Lahor şəhərində 70 avtomobildə sınaqdan çıxarılır. Burada gündüz temperatur 50 dərəcə Selsini keçir. 
Sınaqlar göstərir ki, nanoplyonkalı avtomobillərdə salon temperaturu təxminən 11 dərəcə aşağı olur. Bu da insanın nisbi sərinlik hiss etməsi üçün kifayətdir.
Yeni nanoplyonkanın tərkibi  və satışa çıxacağı tarix məlum deyil.

Vüqar

ŞƏRH YAZ
Ad

E-mail

Şərh