Bu küçənin sakinləri zibil konteynerlərindən bezib - VİDEO

Gündəm 9 May 2024 23:27 Oxunub 296
Bu küçənin sakinləri zibil konteynerlərindən bezib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xəzər rayonu, Buzovna qəsəbəsi Güloğlan Məmmədov küçəsində yaşayan sakinlər dörd ildir ki, zibil konteynerlərindən şikayətlənirlər. Əhali və yaxınlıqdakı iaşə obyektləri tullantılarını bura atır. Nəticə olaraq həyətin mərkəzində natəmizlik hökm sürür. Xüsusən də, isti havalarda bina üfunətə qərq olur. Sakinlər iddia edirlər ki, yaranan vəziyyətdən dolayı bəzi sakinlər bu binadan köçüb gediblər. Həmin əraziyə daxil olan 111 saylı mənzil istismar sahəsinin rəhbəri Zaman Qəribov bildirib ki, konteynerlərin ərazidə olması nəqliyyatın daha rahat çalışması üçündür və onların buradan götürülməsi məsələsinə baxılacaq.

Ətraflı Real TV-nin süjetində:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh