Lahıc-Dəmirçi avtomobil yolu çöküb - VİDEO

Gündəm 12 May 2024 22:57 Oxunub 294
Lahıc-Dəmirçi avtomobil yolu çöküb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İsmayıllıda yağıntılardan sonra Lahıc - Dəmirçi avtomobil yolundakı sürüşmə zonalarında aktivlik müşahidə olunmağa başlayıb. Hətta yolda çökmələr də əmələ gəlib.

Yolda çatlar əmələ gəlib, asfalt örtüyü sıradan çıxıb.

İki kəndi birlədirən yolun 7-8-ci kilometirlik hissəsində müxtəlif yerlərdə iri çatlar əmələ gəlib. Yağıntıların təsirindən 40 metr məsafədə asfalt qatı sıradan çıxıb. Yolun bir hissəsi isə tamamilə dağılıb. Torpaq kütləsinin axması yaxınlıqdakı agaclara da ziyan vurub.

Sürücülər bildirirlər ki, Lahıcdan Dəmirçiyə ən yaxın yol budur. Yolun tam sıradan çıxması isə elə ən çox onların işini çətinləşdirəcək.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin Xusisi təyinatlı yol istismarı MMC-dən bildirildi ki, problemdən xəbərdardırlar. Əraziyə baxış da keçirilib. Yolun dağılmış hisələrində lazımi tədbirlərin görülməsi istiqamətində işlərə başlanılacaq.

Daha ətraflı videomaterialda.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh