Bakıda 15 yaşlı məktəbli bıçaqlanıb

Hadisə 12 May 2024 22:24 Oxunub 286
Bakıda 15 yaşlı məktəbli bıçaqlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində baş verib.

Belə ki, 17 nömrəli məktəbin qarşısında 2007-ci il təvəllüdlü Hüseynov Rəsul Anar oğlu tanışı ilə mübahisə zamanı bıçaqlanıb.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Yaxınlarının verdiyi məlumata görə, R.Hüseynov 17-nömrəli məktəbin 9-cu sinif şagirdidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh