Boqer və xanımı həbs edilib

Hadisə 12 May 2024 15:15 Oxunub 278
Boqer və xanımı həbs edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gürcüstanda bloqer Uça Abaşidze və həyat yoldaşı Mariam Yaşvili barəsində həbs qətimkan tədbiri seçilib. "Report" xəbər verir ki, məhkəmənin hazırlıq iclası iyulun 2-nə təyin edilib.

İclasda hər iki təqsirləndirilən şəxs iştirak edib. U.Abaşidzenin sözlərinə görə, o, axtarış zamanı alçaldıcı rəftara məruz qalıb.

Qeyd edək ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbuluna qarşı etiraz aksiyalarında iştirak edən U.Abaşidze mayın 10-na keçən gecə Gürcüstan parlamentinin və Ədliyyə Nazirliyinin saytında kiberhücumla bağlı aparılan axtarış zamanı polis tərəfindən saxlanılıb. Abaşidzenin evində axtariş aparılan zaman oradan silah və sursat tapılıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi bildirib ki, Uça Abaşidzedən götürülən silah və sursatlar hərbi silahlardır. "Ballistik ekspertizanın nəticələrinə əsasən, götürülmüş silah və döyüş sursatları odlu silah və döyüş sursatı kateqoriyasına aiddir və istifadəyə yararlıdır”, - DİN-dən bildirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh