Kopenhagen-Tokio reysi ilə uçan təyyarə Bakıya təcili eniş edib

Hadisə 9 May 2024 22:15 Oxunub 316
Kopenhagen-Tokio reysi ilə uçan təyyarə Bakıya təcili eniş edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Scandinavian Airlines” aviaşirkətinin Kopenhagen-Tokio reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə Avtosfer.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib. Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

“Airbus A350” təyyarəsi yerli vaxtla saat 20:56-də Bakı hava limanında uğurla eniş edib.

Sərnişin dərhal təcili tibbi yardım briqadasına təhvil verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh