Naxçıvanda kişi öz evini yandırdı - 3 saat sonra öldü

Hadisə 9 May 2024 23:22 Oxunub 332
Naxçıvanda kişi öz evini yandırdı - 3 saat sonra öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Naxçıvanın Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Bu barədə Naxçıvanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin qaynar xəttinə Didivar kəndində yanğının baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Naxçıvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

İlkin məlumata görə, ev sahibi, kənd sakini - 1960-cı il təvvəllüd Allahverdiyev Nurəddin Tarverdi oğlu spirtli içki qəbul etdikdən sonra evini yandırıb.

“Report”un məlumatına görə, evini yandıran kənd sakini Allahverdiyev Nurəddin Tarverdi oğlu hadisədən 3 saat sonra vəfat edib.

İlkin məlumata görə, o, tüstüdən zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh