Qara dəlikdə səyahətin videosu yayıldı

Maraqlı 9 May 2024 22:33 Oxunub 320
Qara dəlikdə səyahətin videosu yayıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hər qalaktikanın mərkəzində superkütləvi qara dəlik var. Hətta işığın belə bu cazibə qüvvəsindən qaça bilməyəcəyi bir qara dəliyə düşsək nə olar? Qara dəliklərin cazibəsinə görə yoxa çıxmadığımız bir ssenaridə nə görərdik? NASA bu sualların cavabını çox möhtəşəm bir video ilə vizuallaşdırıb. 

NASA-nın Goddard Kosmik Uçuş Mərkəzindən astrofizik Jeremy Schnittman-ın yaratdığı videoda işığın belə qravitasiya təsirindən qaça bilmədiyi qara dəliyin üfüq nöqtəsindən kənara keçdiyimiz zaman nələrin baş verəcəyi göstərilib. Nəticədə ortaya çıxan şəkillər həqiqətən də təsir edici və göz oxşayan alınıb. 

Bu vizuallaşdırmalarda Schnittman, nisbiliyin nəzəri tərəfini müşahidə edilə bilən nəticələrlə açmaq istədiyini bildirib. Bu videoda 2 fərqli ssenari var. Ssenarilərdən birincisində qara dəliyin üfüq nöqtəsini keçərkən görünə biləcək hadisələr simulyasiya edilir. İkinci ssenaridə isə kamera birbaşa qara dəliyin mərkəzindən keçir. Beləliklə, kamera bizə məlum olmayan bu sirli kosmik quruluşda səyahət edir. Bir müddətdən sonra istiqamət və işıqların miqyasını qavrayış səviyyəmiz yox olur. Nəhayət, sonda isə kamera tamamilə qaranlığa qərq olur

Dinamik simulyasiya videosuna ingilis dilində izahatlar da daxildir. Beləliklə, qara dəliyin üfüq nöqtəsi və foton kəməri kimi strukturlar izləyiciyə ötürülür. Daha çox əlçatanlıq üçün video 360 dərəcə bucağa malikdir və səma xəritəsini də özündə ehtiva edir. Onu da qeyd edək ki, Schnittman-ın alim Brian Powell ilə hazırladığı videoda NASA-nın Discover adlı superkompüterindən istifadə edilib. (technote.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh