Bank kartından oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Xəbərlər 10 May 2024 10:30 Oxunub 188
Bank kartından oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə bir nəfər şəxsin bank kartından 2000 manatının oğurlanması barədə məlumat daxil olub.  Avtosfer.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 3-də rayon ərazisində bir nəfər şəxsin bank kartından 340 manatını oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Xırdalan şəhəri ərazisində bir nəfər şəxsin itirdiyi mobil telefonunun arxasında olan bank kartından 2200 manatının oğurlanması barədə polisə məlumat daxil olub. 

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Polis əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində isə bir nəfər şəxsin bank kartından 416 manatını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Orxan Əsədullayev saxlanılıb. 
 

Araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh