“Google Chrome” istifadəçilərinə xəbərdarlıq

Xəbərlər 12 May 2024 13:13 Oxunub 266
“Google Chrome” istifadəçilərinə xəbərdarlıq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Google” anonim informasiya təhlükəsizliyi eksperti tərəfindən aşkar edilmiş CVE-2024-4671 boşluğunu aradan qaldıran “Chrome” brauzeri üçün təhlükəsizlik yeniləməsini buraxıb.

Məlumata görə, hakerlər bu boşluqdan fəal şəkildə istifadə edirlər.

Boşluğun təcavüzkarlar tərəfindən necə istifadə edildiyi barədə təfərrüat açıqlanmır. Lakin bu, icazəsiz məlumat sızıntısına, sistem xətalarına və hətta kodun cihazın uzaqdan idarə edilməsinə səbəb ola bilər.

İstifadəçilərə mümkün kiberhücumların qarşısını almaq üçün brauzerlərini yeniləmələri tövsiyə olunur.

 

Mənbə: Oxu.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh