Salyan sakinində 2.5 kq metamfetamin və marixuana aşkarlandı

Xəbərlər 10 May 2024 10:15 Oxunub 186
Salyan sakinində 2.5 kq metamfetamin və marixuana aşkarlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və satışının qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Elvin Hacıyev saxlanılıb.

Avtosfer.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun üzərinə və yaşadığı ünvana keçirilən baxış zamanı ümumi çəkisi 2 kiloqram 500 qramdan artıq olan psixotrop maddə metamfetamin və marixuana aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

(APA)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh