2 manat pul qazanacaqdı, 120 manatlıq qayda pozdu - VİDEO

Qaydalar 10 May 2024 22:05 Oxunub 546
2 manat pul qazanacaqdı, 120 manatlıq qayda pozdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı-Sumqayıt yolunda yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 8-də baş verib. Belə ki, "Wolt" şirkətinə məxsus 72-B-495 qeydiyyat nişanlı motosikletin sürücüsü öncə Masazır dairəsində qırmızı işıqda hərəkət edib. Daha sonra isə avtobus zolağına daxil olaraq növbəti dəfə qaydaları pozub.

Belə sürücülər yol polisi tərəfindən saxlanılarkən çörək pulu qazandıqlarını və yazılan cərimələrin haqsız olduğunu bildirirlər. Lakin əsl haqsızlıq qaydaları pozaraq başqalarının yoluna girməkdir.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh