Dairəyə “protiv” girən sürücü DYP maşınını görüb dayandı - VİDEO

Qaydalar 9 May 2024 20:51 Oxunub 3766
Dairəyə “protiv” girən sürücü DYP maşınını görüb dayandı    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qəbələ rayonu Nohurqışlaq kəndində kobud qayda pozan sürücü görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 8-də saat 17:28 radələrində qeydə alınıb. Hərəkətdə olan 99-XB-331 dövlət nömrə nişanlı “Mercedes Sprinter” markalı minik vasitəsinin sürücüsü dairəyə “protiv” daxil olur. Bu zaman o, DYP avtomobilini görür və nəqliyyat vasitəsini saxlayır. Daha sonra polisin əmri ilə qayda pozan sürücü maşını geriyə verərək sağa dönüb dayanır. Hadisə şahidinin iddiasına əsasən, polis əməkdaşları sürücüylə maarifləndirici söhbət aparıblar.  
Qeyd edək ki, qayda pozuntusunun baş verdiyi yol birtərəflidir. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh