Pandusun önündə saxlayan sürücü əlilliyi olan şəxsin yolunu kəsdi - VİDEO

Qaydalar 10 May 2024 17:19 Oxunub 4116
Pandusun önündə saxlayan sürücü əlilliyi olan şəxsin yolunu kəsdi   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın mərkəzi küçələrindən birində qayda pozan sürücü görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl günorta saatlarında qeydə alınıb. Belə ki, 99-KL-526 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü dayanma-durma qaydalarını pozub. O, nəqliyyat vasitəsini əlil və uşaq arabası ilə keçənlər üçün qoyulmuş pandusun qarşısını kəsib. Nəticədə fiziki məhdudiyyətli şəxs səkiyə qalxa bilməyib.
Qeyd edək ki, bu xəta İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən, 20 manat məbləğində cəriməylə nəticələnir. 

 Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh