Polisdən qaçan sərxoş sürücü “ZİL”i dayanacağa çırpdı: 2 ölü, 3 yaralı - VİDEO

Qəzalar 12 May 2024 14:13 Oxunub 786
Polisdən qaçan sərxoş sürücü “ZİL”i dayanacağa çırpdı:  2 ölü, 3 yaralı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qazaxıstanın Almatı vilayətində sərxoş sürücü ölümlə nəticələnən yol qəzasına səbəb olub. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə mayın 12-də Almatı-Jetigen avtomobil yolunun 32 km-də qeydə alınıb. Bu barədə region üzrə yol polis idarəsindən məlumat verilib.

Məlumata görə, polisin “Saxla” əmrinə tabe olmayan sürücü, idarə etdiyi "ZİL-131" maraklı yük avtomobili ilə təqibdən qaçan zaman sürətlə sərnişnilərin olduğu avtobus dayanacağına çırpılıb.

Nəticədə 2 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.  

Bildirilir ki, sürücü tibbi müayindən keçib və onun sərxoş olduğu müəyyən olunub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh