BDYPİ sürücülərə müraciət etdi

Yol polisi 11 May 2024 16:03 Oxunub 1018
BDYPİ sürücülərə müraciət etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.


Avtosfer.az xəbər verir ki, müraciətdə deyilir:
 

“Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə paytaxta havanın küləkli olacağı, yağış yağacağı gözlənilir. Bu, eləcə də hazırda bölgələrdə müşahidə olunan yağışlı hava şəraiti yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Xüsusilə gecə və səhər saatlarında dumanlı və ya çiskinli hava görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücünün digər hərəkət iştirakçılarını, nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır.

Həftənin şənbə və bazar günləri, xüsusilə respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, sürücülərdən əlverişsiz havada daha diqqətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh