İtkin düşən 5 yaşlı uşağı yol polisləri tapdı

Yol polisi 9 May 2024 19:12 Oxunub 3964
İtkin düşən 5 yaşlı uşağı yol polisləri tapdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Balakən rayonunda azyaşlı oğlan itkin düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 9-da səhər saatlarında baş verib. Belə ki, 5 yaşlı uşaq yaşadığı evdən çıxaraq naməlum istiqamətdə yola düşüb. Axtarışlarının nəticəsiz qaldığını görən uşağın valideynləri övladlarının itkin düşməsi barədə polisə müraciət ediblər. Keçirilən operativ tədbirlər nəticəsində azyaşlı yol polisi əməkdaşları tərəfindən hərəkətin intensiv olduğu şəhər ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh