2021-ci ildə qadınlar üçün ideal avtomobil modelləri - FOTO
Avtodünya 16 Yanvar 2021 12:00 Oxunub 772
2021-ci ildə qadınlar üçün  ideal avtomobil modelləri - FOTO

Qadınlar avtomobil seçimində daha çox rahat, istifadəsi asan və yığcam avtomobillərə üstünlük verir. Bəzi avtomobil istehsalçıları isə ancaq qadınlar üçün modellər istehsal edirlər. Təbii ki, bu maşınları kişilər də sürür. 
Avtosfer.az 2021-ci ildə qadınlar üçün ideal hesab olunan avtomobil modelləri ilə bağlı araşıdırma aparıb. 

“Audi A3”

2020-ci ildə pandemiyaya baxmayaraq “Audi” markası bir neçə yeni modelini təqdim edib. Bunlardan qadınlar üçün ən uyğunu “Audi A3” seriyasıdır.

Bu model yalnız kompakt və istifadəsi asan olan deyil, həm də Ingolstadt istehsalçısının ən əlverişli modellərindən biridir. Yəni A3 ailəsi bir növ “Audi” dünyasına giriş biletidir.


 

“BMW 2-Series Gran Coupe”

Ötən ildə Avropanın ən yaxşı avtomobil siyahısına düşən “BMW”, daha əvvəllər də Qadınlar Dünyasında İlin Avtomobili siyahısında yer alıb.

“Cadillac XT4”

"XT4 Cadillac”-ın ən kiçik və ən uyğun krossoveridir. "XT4" modeli nə qədər yığcam olsa da avtomobilin salonu heç də darısqal deyil. Həmçinin “Cadillac XT4” çox çevik və idarə olunması asan maşındır. Bu səbəbdən də zərif cinsin nümayəndələrinə ən çox yaraşan avtomobil hesab olunur.


Geely Tugella

Bu gün “Tugella” “Geely” avtomobilinin ən bahalı modelidir.

Doğrusuna qalsa, “Coolrey” xanımlar üçün sürülməsi daha rahat model olsa da görünüşünə görə “Tugella”ya çata bilmir. Hər xanımın görünüşə daha çox önəm verməsini nəzərə alsaq, elə bu model onlar üçün ən ideal variantlardandır.

“Hyundai Genesis GV70

“Genesis GV70” bu markanın ən yığcam modelidir. Avropa bazarında yeni modelin satışının bu ildən gerçəkləşməsi gözlənilir.

“Jaguar E-pace”

“Jaguar”-dan olan kiçik krossoverin elə şık görünüşü var ki, hətta “Range Rover Evoque” onun yanında solğun qalar.

Обновленный Jaguar E-Pace: все подробности и детали - ФОТО - Avtosfer.az

Hazırladı: Nərminə Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh