DYP 4-cü dəfə sərxoş vəziyyətdə maşın sürən şəxsi tutdu - FOTO
Avtosfer TV 3 Mart 2023 14:38 Oxunub 1806
DYP 4-cü dəfə sərxoş vəziyyətdə maşın sürən şəxsi tutdu  - FOTO

Mingəçevir şəhər Dövlət Yol Polisi şöbəsinin əməkdaşları rayon ərazisində sərxoş vəziyyətdə avtomobil idarə edən şəxsi saxlayıb. Bu barədə Avtosfer.az-a BAş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, Qəbələ rayon sakini Mahmudov Elnur Sahib oğlu, 90-KH-770 ddövlət nömrə nişanlı, "VAZ 2107" markalı avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə edib. 

Araşdırmalar zamanı məlum olub ki, sürücü bundan əvvəl 3 dəfə sərxoş vəziyyətdə saxlanılıb və barəsində müvafiq tədbirlər görülüb. Hazırda sürücülük hüququ məhdudlaşdırılan Elnur Mahmudov barəsində məhkəmənin qərarı ilə 20 gün müddətində inzibati həbs tədbiri seçilib. 

Fərid

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh