Avtosfer.az | Reklam
Sürücülərin nəzərinə! Bu yolda istiqamət dəyişdi - cərimə edilə bilərsiniz - FOTO
Gündəm 10 Avqust 2020 16:01 Oxunub 26826
Sürücülərin nəzərinə! Bu yolda istiqamət dəyişdi - cərimə edilə bilərsiniz    - FOTO

Bu gün səhər saatlarından "Xətai" metrosu yaxınlığında, Sabit Orucov küçəsində yol nişanlarında dəyişiklik edilib. Əvvəllər iki istiqamətli olan yol bir istiqamətli edilib.

Avtosfer.az sputnik.az-a istinadən xəbər verir ki, bu barədə sürücülərdən biri məlumat verib. O bildirib ki, sürücülərin əksəriyyəti bu dəyişiklikdən xəbərsiz olduğu üçün qarşı yola çıxaraq, qayda pozmaqla yanaşı, tıxacın yaranmasına səbəb olub.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, belə hallarla bağlı müvafiq qurum mətbuat vasitəsilə ilə sürücülərə xəbərdarlıq etməlidir. Bundan sonra həmin yol nişanları çəkilib, quraşdırılmalıdır: "Düzdür, bəzi sürücülər öz adətlərindən əl çəkmirlər. Belə düşünürlər ki, həmişə haradan getmişəmsə, yenə oradan getməliyəm. Amma qaydalar hamı üçündür və yol xətlərində dəyişiklik varsa, hamı buna əməl etməlidir. Hazırkı vəziyyət onu bir daha sübut edir ki, sürücülər yollarda nişanlama xətlərinə baxmır, şüuraltı hərəkət edirlər".

Ekspert həmçinin vurğulayıb ki, bu, həm də müvafiq qurumların məsuliyyətsizliyidir. Həmin qurumlar yolda dəyişikliklə bağlı mətbuatda ətraflı məlumat verməli idi:

"Bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.4 maddəsilə tənzimlənir. Və sürücülər birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etdiklərinə görə 100 manat - 4 bal cərimə edilirlər".

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) şöbə rəisi Vaqif Əsədov bildirib ki, bir müddət öncə Xətai rayonunda iki küçə - Sabit Orucov və ona paralel küçələrdə hərəkətin istiqaməti dəyişdirilib. Sürücülərə qaydalara əməl etmək tövsiyə edilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh