Bakıda həkim səhlənkarlığı: 8 yaşlı qızın qolunu görün necə tikiblər - FOTO

Xəbərlər 7 İyul 2020 14:37 Oxunub 5616
Bakıda həkim səhlənkarlığı: 8 yaşlı qızın qolunu görün necə tikiblər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı sakini Yalçın Bəxtiyarov Elmi Tədqiqat Travmatologiya və Ortapediya İnstitutundan şikayətçidir. Mediaposta müraciət edən vətəndaş deyir ki, yaxın qohumları olan paytaxt sakini Roman Alyoşkinin 8 yaşlı qızı Mariya Alyoşkin iyun ayının 27-dən 28-ə keçən gecə yıxılaraq qolunu yaralayıb. "Valideynləri təcili yardımla uşağı Nəsimi bazarının yanındakı Travmatologiya mərkəzinə aparıblar. Orada adını bilmədiyimiz arıq, uzunboylu və eynəkli bir həkim uşağı əməliyyat edib. Buna görə 50 manat da pul istəyib. Valideynlərin həmin vaxt cəmi 30 manatı olub. Onu da alıblar. "Həkim" yazdığı reseptdə öz adını qeyd etməyib. Gecə olduğu  üçün valideynlər uşağın qoluna baxa bilməyiblər. Səhər sarğını dəyişmək istəyəndə görüblər ki, uşağın qolu sanki vəhşi heyvana qoyulan kimi tikilidir", - şikayətçi bildirib.

Vətəndaş deyir ki, bundan sonra uşağı özəl klinikalardan birinə aparıblar: "Orada yenidən tikişlər sökülüb və təzə tikiş qoyulub. Həkim dəhşətə gəlmişdi ki, heç baytarlar heyvanları bu cür əməliyyat etmir."

Şikayətçi bildirib ki, məsələnin ictimailəşdirilməsini və aidiyyatı qurumların müvafiq tədbir görməsini istəyir. 

img

img

ŞƏRH YAZ
Ad

E-mail

Şərh