Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

Avtodünya 9 İyun 2026 23:15
Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
WhatsApp kanalımıza abunə olun

Mərhum Uels şahzadəsi Diananın məşhur "qisas paltarı" (The Revenge Dress) ilə tədbirə qatıldığı avtomobil hərracda 66 min 250 funt sterlinqə satılıb. Avtosfer.az AZƏRTAC-a istinadla xəbər verir ki, 1994-cü ilin iyun ayında Şahzadə Diana ozamankı həyat yoldaşı Şahzadə Çarlzın televiziya müsahibəsində Kamilla Parker-Boulzla münasibətini etiraf etməsindən bir neçə saat sonra Londonda keçirilən tədbirə qatılmışdı. Diana həmin tədbirə qara rəngli, çiyinləri açıq zərif paltarda gəlmiş və avtomobildən enərkən çəkilən görüntülər dünya mediasında geniş rezonans doğurmuşdu. Həmin gün Diananı tədbirə aparan “Jaguar XJ40” markalı avtomobil 30 ildən artıq müddətdən sonra Cənubi Oksfordşirdə keçirilən hərracda satılıb. Hərracı təşkil edən “The Market” şirkətinin məlumatına görə, avtomobil Böyük Britaniyadan olan kolleksiyaçı tərəfindən alınıb. Bildirilib ki, satış qiyməti avtomobilin ilkin dəyərindən 16 dəfə yüksək olub və bu, “Jaguar XJ” modeli üçün yeni rekord hesab edilir. Məhz bu avtomobil Şahzadə Diananın sonradan media tərəfindən “qisas paltarı” adlandırılan məşhur görünüşünün fonunda yer alıb. Qara ipək və şifondan hazırlanmış paltar şahzadənin ən yaddaqalan obrazlarından biri kimi tarixə düşüb.

FOTO QALEREYA
Oxunub : 130
ŞƏRH YAZ
Ad

E-mail

Şərh