Ekspert : “Son dövrdə BNA-a qarşı iradlar qərəzli xarakter daşıyır”

Yazarlar 10 İyul 2020 23:15 Oxunub 2582
Ekspert : “Son dövrdə BNA-a qarşı iradlar qərəzli xarakter daşıyır”
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son günlər Bakı Nəqliyyat Agentliyinin (BNA) əleyhinə sosial şəbəkələrdə bəzi yazılar paylaşılır. Xüsusən agentliyin elan etdiyi tenderlərə qarşı müəyyən ittihamlar ortaya atılıb.
 

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sfera.az-a verdiyi açıqlamada bu ittihamların əsassız olduğunu bildirib:

"Son günlər BNA-a qarşı başlanılan bu kampaniya aylardır pandemiya dövründə agentliyin əməkdaşlarının çəkdiyi əziyyətə böyük zərbə vurur. Onların əziyyətini şübhə altına almaq düzgün yanaşma deyil. Hansısa qurumun fəaliyyətində müəyyən nöqsanlar ola bilər. Amma bunu belə çətin gündə qabartmaq konkret olaraq bir qərəzli yanaşmadır. Bir çox qurumlarda problemlər ola bilər. Amma bunu sakit bir vaxtda və sakit formada dilə gətirmək daha başadüşülən olar. Mən agentliyin fəaliyyətini yaxından izləyirəm və görürəm ki, onlar aylardır ki, zəhmət çəkirlər. BNA-nın ən sadə əməkdaşından tutmuş rəhbərliyinə qədər hamısının gərgin rejimdə işlədiklərinin şahidiyəm. Dəfələrlə dezinfeksiya tədbirlərində özüm iştirak etmişəm, müxtəlif operativ tədbirlərin şahidi olmuşam. Tərəfimizdən səslənən fikirlərə agentlik daim həssas şəkildə yanaşır, təklifləri nəzərə alır və düzgün iradları qəbul edirlər. Belə çətin dövrdə heç bir əsas göstərilmədən ağılasığmaz ittihamların irəli sürülməsi və bəzi insanların da buna qulaq asması xoşagələn hal deyil. Bu, sosial şəbəkələrdə məsuliyyətsiz insanların adətidir. Hər hansı tutarlı bir əsas varsa, bunu ortaya qoymaq lazımdır. Yoxdursa belə dövrdə aylardır əziyyət çəkən bir qurumun əməkdaşlarını ruhdan salan davranışlar yersizdir. Tənqid etməli məqamlar çox ola bilər. Amma indiki dövrdə hamı bir-birinə dəstək olmalıdır”. 


Ekspert qeyd edib ki, sosial şəbəkədəki bəzi fikirlər qərəzli kampaniyanı xatırladır:

"Nəqliyyat çox həssas bir sektordur. Burda müəyyən qüsurlar olar bilər. Amma bu qüsurları da tənqid etmək yerində olmalıdır. Bəzi sosial şəbəkə istifadəçilərinin, xüsusən özünü ictimai fəal şəxs sayan vətəndaşların bu cür davranışları sadəcə bir kampaniyanı xatırladır. Nəzərə almalıyıq ki, BNA-nın yüzlərlə əməkdaşı var. Bu kollektivin nə qədər əziyyət çəkdiyini də biz görürük. Bu gün müxtəlif qurumlarda çalışan əməkdaşlara, məsələn, polislərə, həkimlərə dəstək ifadə edən aksiyalar keçirilir. Amma BNA-a əməkdaşlarına heç bir mənəvi dəstək ifadə edən aksiya olmayıb. Əksinə, gecə-gündüz əziyyət çəkən sürücülərə və onları birləşdirən kollektivə ləkə yaxmaq istəyirlər. Bu çətin dövrdə belə məsələlərə son dərəcə həssas yanaşmaq lazımdır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh