Əməkdar artist jurnalisti söyərək onu döyəcəyi ilə bağlı təhdid etdi
Gündəm 28 Oktyabr 2020 16:00 Oxunub 9686
Əməkdar artist jurnalisti söyərək onu  döyəcəyi ilə bağlı təhdid etdi

Bir neçə gün öncə əməkdar artist xanəndə İlkin Əhmədovun ön cəbhədə döyüşlərdə əsgər kimi iştirak etməsi ilə bağlı xəbər saytlarında məlumat yayılmışdı. Avtosfer.az-ın xüsusi müxbiri Təbriz Yusubov əməkdar artistin cəbhədə döyüşməsi ilə bağlı yayılan məlumatın yalan olmasını öz “Facebook” hesabında bildirmişdir. Bundan sonra əməkdar artist jurnalistin şəxsi hesabına yazaraq paylaşdığı məlumatın silinməsini tələb edərək onu döyəcəyi ilə bağlı hədə-qorxu gəlib. Təbriz Yusubov isə şəxsi profilində yaydığı məlumatı silib-silməmək qərarının özündə olduğunu bildirib.

Bu məsələnin üzərindən bir neçə gün keçdikdən sonra oktyabrın 28-i əməkdar artist İlkin Əhmədov jurnalistə zəng edərək onun ünvanına nalayiq söyüşlər söyərək təhqir edib.

Əməkdaşımız bu barədə Daxili İşlər Nazirinə şikayət ünvanlayacağını bildirib.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh