Gəncədə 31 yaşlï “avtoş” saxlanıldı və həbs edildi - FOTO - VİDEO

Qaydalar 25 May 2020 13:16 Oxunub 3738
Gəncədə 31 yaşlï “avtoş” saxlanıldı və həbs edildi - FOTO   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir il sürücülük hüququndan məhrum edilərək 15 gün inzibati qaydada həbs olunub

Gəncə Şəhər Baş Polis İdarəsinin (GŞBPİ) Dövlət Yol Polis (DYP) Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, araşdırmalarla, Göygöl rayon sakini 31 yaşlı Emin Məmmədovun müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etməsi məlum olub.

“VAZ 21705” markalı avtomobili idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxs barəsində Gəncə ŞBPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə 1 il sürücülük hüququndan məhrum olan E.Məmmədov 15 gün müddətə inzibati qaydada həbs edilib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh