“Mercedes-Benz” şirkəti 1644 "Galendewagen"i geri çağırır

Avtoxəbər 14 Avqust 2020 10:00 Oxunub 3770
“Mercedes-Benz” şirkəti 1644 "Galendewagen"i geri çağırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Mercedes-Benz” şirkəti Rusiyadan 1 644 “G-Class” modelini geri çağırmaq qərarına gəlib. Avtosfer.az xəbər verir ki, servisə 2018-ci ilin mayından 2019-cu ilin sentyabrına kimi realizə olunmuş avtomobillər düşür. Bu barədə “Rosstandart” məlumat yayıb.

Çağırışa səbəb isə, nəqliyyat vasitələrində diferensial kilid aktuatorları üçün idarəetmə bölməsinin spesifikasiyasındakı uyğunsuzluqdur.

Şirkət, avtomobil sahiblərinə mövcud nasazlığın aradan qaldırılması üçün, ən yaxın təmir mərkəzlərinə müraciət etmələrini tövsiyə edir.

Avtomobilin təmirə düşüb-düşməməsi barədə isə, VIN-nömrələrini “Rosstandart” portalında dərc edilən siyahıda yoxlaya bilərlər.  

Bütün təmir işləri pulsuz həyata keçiriləcək.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh