Tanınmış bacılar izləyiciləri ilə birgə Gəncəyə 84 000 manat yardım topladı - FOTOLAR

Avtosfer Foto 27 Oktyabr 2020 16:45 Oxunub 3532
Tanınmış bacılar izləyiciləri ilə birgə Gəncəyə 84 000 manat yardım topladı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hazırda ölkəmizdə zəfər müharibəsi, müqəddəs vətən müharibəsi gedir. Qorxaq düşmənlər isə ordumuza döyüş meydanında cavab verə bilmədiyi üçün yaşayış bölgələrimizə raket zərbələri endirirlər. Lakin bunaların heç biri nə ordumuzu nə də xalqımızı qorxudur. Biz vətən müharibəmizə davam edirik. Xalqımız misli görünməyən mərdlik, birlik həmrəylik nümayiş etdirir. İnsanlarımız öz dövlətinə sadiqdir, onunla birdir. Döyüşmək istəyənlər kim, orduya, terrorda ziyançəkənlərə yardım edənlər kim. Hər kəs bir yumruq kimi birləşib. Baxmayaraq ki, dövlətimiz Gəncə terrorunda ziyan çəkənlərə lazımı maddi-mənəvi yardımı təmin edir, lakin insanlarımız da dövlətimizə öz dəstəyini bildirmək üçün əlindən gələni edir. Rusiyada yaşayan məşhur blogerlər olan Fəridə və Aidə Əliyeva bacıları öz instagram izləyicilərindən Gəncə terrorunda zərərçəkənlərə maddi yardım edilməsi üçün 84 000 manat (3 mln 9 yüz min rubl) məbləğində vəsait toplayıb. Bu məbləğin Gəncədə zərəçəkən ailələrə paylanılması isə  Hacı Nuran Hüseynov,  Aqrar İnkişaf Könüllüləri və Aytəkin Məmmədova tərəfindən təşkil edilmişdi. Ümumilikdə 80 ailəyə maddi yardım, 15 ailəyə isə ərzaq yardımı edilmişdi.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh