Ağdamda məktəbli qız Bərdə sakini ilə QOŞULUB QAÇDI - Araşdırma başladı

Hadisə 9 İyun 2026 21:54
Ağdamda məktəbli qız Bərdə sakini ilə QOŞULUB QAÇDI - Araşdırma başladı
WhatsApp kanalımıza abunə olun

Ağdamda 10-cu sinif şagirdi Bərdə sakini ilə qoşulub qaçıb. Avtosfer.az-ın "Teleqraf"a istinadən xəbərinə görə, hadisə rayonun Əhmədağalı kəndində baş verib. Müşviq Hüseynov adına Əhmədağalı kənd tam orta məktəbin şagirdi L.Muradlı Səxavət qızı tanıdığı Bərdə rayon sakininə qoşularaq qaçıb. Qeyd olunur ki, L.Muradlı hadisədən cəmi 3 gün əvvəl 15 yaşını tamamlayaraq 16 yaşa qədəm qoyub. Hazırda hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı araşdırma işlərinə başlanılıb.

***

Polis Bərdə sakininə qoşulub qaçan yetkinlik yaşına çatmayan qızın yerini müəyyən edərək ailəsinə qaytarıb. Məlumata görə, Ağdam rayon sakini iyunun 9-da polisə müraciət edərək yetkinlik yaşına çatmayan qız övladının itkin düşməsi barədə məlumat verib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Regional Qrupundan bildirilib ki, onun yeri Bərdə rayonunda müəyyən edilib. O, polis orqanına gətirilərək ailəsinə təhvil verilib. Araşdırmalar aparılır.

Oxunub : 158
ŞƏRH YAZ
Ad

E-mail

Şərh