Maşının üzərinə uzanan qadınla bağlı açıqlama yayıldı - Nəzarətdən yayınaraq ... VİDEO

Hadisə 9 İyun 2026 13:41
Maşının üzərinə uzanan qadınla bağlı açıqlama yayıldı - Nəzarətdən yayınaraq ... VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Nəsimi rayonunda avtomobil yolunda qeyri-adekvat hərəkətlər edən qadın polis əməkdaşları tərəfindən müəyyən olunub.

Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Məlumata görə, araşdırmalarla məlum olub ki, 1981-ci il təvəllüdlü qadın psixi sağlamlığı ilə bağlı qeydiyyatdadır və ailə üzvlərinin nəzarətindən yayınaraq avtomobil yoluna çıxıb:

"Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür".

***10:11

Bakıda qeyri-adi hal yaşanıb.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, paytaxtın Azadlıq prospektində ayaqyalın gəzən qadın "Changan" markalı avtomobilin qarşısını kəsib.

O, avtomobillərin hərəkətinə mane olub. Yolda sıxlıq yaranıb.

Qadının hansı səbəbdən bunu etdiyi hələlik məlum deyil.

 

Oxunub : 1240
ŞƏRH YAZ
Ad

E-mail

Şərh