Ər 21 yaşlı həyat yoldaşını öldürdü - Kürdəmirdə

Hadisə 24 May 2026 10:14
Ər 21 yaşlı həyat yoldaşını öldürdü - Kürdəmirdə
WhatsApp kanalımıza abunə olun

Kürdəmirdə ər arvadını qətlə yetirib. Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb. Belə ki, aralarında yaranmış ailə münaqişəsi zəminində Natiq Araz oğlu Bəşirov həyat yoldaşı, 21 yaşlı Lamiyə İsmayıl qızı Bəşirovanı qətlə yetirib. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qadının meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Hadisəni törətməkdə şübhəli bilinən Natiq Bəşirov rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxunub : 104
ŞƏRH YAZ
Ad

E-mail

Şərh