Bakı Dəmiryolu Vağzalında etiraz - FOTO - VİDEO

Gündəm 6 Oktyabr 2022 10:09 Oxunub 910
Bakı Dəmiryolu Vağzalında etiraz - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sumqayıt-Xırdalan-Bakı qatarının sərnişinləri Bakı Dəmiryolu Vağzalında qatarda sıxlığın olması və havalandırma sisteminin işləməməsinə etiraz ediblər.

Qatarların sayının azlığından şikayət edən vətəndaşlar problemin tezliklə həll olunmasını tələb ediblər. Səlahiyyətli şəxslər tez bir vaxtda yeni qatarların reysə buraxılacağına, şikayətlərin rəhbərliyə çatdırılacağına söz veriblər.

Qeyd edək ki, son dövrdə həmçinin Sumqayıt-Pirşağı-Bakı qatarında da sıxlıq müşahidə olunur. 

***

Bakı Dəmiryolu Vağzalında sərnişinin səhhətində problem yaranıb.

Avtosfer.az xəbər verir ki, Sumqayıt-Xırdalan-Bakı qatarında sərnişinin dili qatlanıb.

Buna səbəb kimi qatarda sıxlığın olması və havalandırma sisteminin işləməməsi göstərilir.

Dəmiryol vağzalında həkim olmadığı üçün təcili tibbi yardımın əməkdaşları gələnədək xəstəyə polislər və digər sərnişinlər ilkin yardım göstərib.

“Report”

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh