Xətaidə baş verən güclü yanğın zamanı xəsarət alan var - FOTO - VİDEO - YENİLƏNİB

Xəbərlər 27 Sentyabr 2024 15:53 Oxunub 236
Xətaidə baş verən güclü yanğın zamanı xəsarət alan var - FOTO - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı şəhər, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində baş verən yanğın nəticəsində bir nəfər xəsarət alıb.

Bu barədə Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətinin katibi Ruzbeh Məmməd bildirib.

Onun sözlərinə görə, qadın cinsli həmin şəxs tüstüdən zəhərlənmə diaqnozu ilə KTM-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.

"Xəstəyə zəruri ilkin tibbi yardım xidmətləri göstərilir, vəziyyəti orta-ağırdır".

(oxu.az)

***

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən boya istehsalı sexində baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Avtosfer.az bildirir ki, bu barədə FHN-in Mətbuat Xidmətinin məlumatında deyilir.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Avtosfer.az-a FHN-in Mətbuat Xidmətindən bildirilib ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Baku TV hadisə yerindən canlı bağlantıya qoşulub:

***

Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş vermiş yanğın ilə əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

DİN-in mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.

***

Bakının Xətai rayonu ərazisində, Xəzər TV-nin yaxınlığında yanğın başlayıb.

Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb. 

Yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh