Yanğın "Xəzər" TV-nin yaxınlığında yerləşən boya fabrikində baş verib - FOTO - YENİLƏNİB
Xəbərlər
27 Sentyabr 2024 15:38
Oxunub 236
Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş verən yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
***
Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş verən yanğın səbəbindən hazırda 8 Noyabr prospektindən mərkəz istiqamətində sıxlıq yaranıb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə yol polisi ilə birlikdə tədbirlər görülür.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, yanğın "Xəzər" TV-nin yaxınlığında yerləşən boya fabrikində baş verib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR