Zaqatalada sel yolu dağıtdı - bu kənd yolsuz qaldı - VİDEO

Gündəm 23 Oktyabr 2021 23:51 Oxunub 1954
Zaqatalada sel yolu dağıtdı - bu kənd yolsuz qaldı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Zaqatalanın Car kəndinin bir hissəsinə gedən yolu sel dağıdıb. Yol tamamilə keçilməz vəziyyətdədir. Bu hal 1 aydan çoxdur ki davam edir.

Zaqatalanın Car kəndində 5 ev yolsuz qalıb. Bəkməz çayının sağ sahilində tikilən evlərin sakinləri hər sel gələndə yol problemi yaşayırlar. 

Sonuncu dəfə 2 il əvvəl təmir edilən yol sentyabr ayında rayona yağan leysan nəticəsində tamamilə yuyulub. Sakinlər artıq 1 aya yaxındır ki qonşuların həyətindən istifadə etməklə çayı keçirlər.

Sakinlərin sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Hələ ki nəticə yoxdur. Məsələ ilə bağlı Car kənd Bələdiyyəsinin sədri bildirdi ki, sel suları nəticəsində yuyulmuş yol ən qısa zamanda bərpa olunacaq.

5 ailə verilən vədin gerçəkləşdiriləcəyi günü gözləyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh