Avtosfer.az | Reklam
Bu halda yol polisinə tabe olmuş sayılırsınız: Bilmədiyiniz məqamların açıqlaması - VİDEO
Öyrənək 11 İyun 2020 15:00 Oxunub 5224
Bu halda yol polisinə tabe olmuş sayılırsınız:  Bilmədiyiniz məqamların açıqlaması - VİDEO

Bəzən yol polisi sürücülərə saxla işarəsi verən zaman onlar bu əmrə tabe olmadan hərəkətlərinə davam edir. Bu prosesin hansı formada davam etməsini oxuculara izah edəcəyik.
Avtosfer.az xəbər verir ki, yol polisi nəqliyyat vasitəsinə saxla əmrini fit və jezllə işarə verməli və ya səsgücləndirici cihaz vasitəsilə nəqliyyat vasitəsini idarə edən şəxsin aydın görə və ya eşidə biləcəyi şəkildə etməlidir.

Sürücü hər hansı bir səbəbə görə bu əmrə tabe olmadıqda pozuntunun vaxtı, yeri, xarakteri, nəqliyyat vasitəsinin markası, rəngi, hərəkət istiqaməti, dövlət qeydiyyat nişanı və digər mühüm əlamətləri göstərilməklə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşlarına radio-cihaz vasitəsilə məlumat verilir və bundan sonra yazılı formada müvafiq raport tərtib edilir.

Bəzən yol polisi saxla tələbinə əməl etməyən sürücünü özü təqib edərək qarşıda dayandıraraq ona İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi üzrə tabesizlik cəriməsi yazır. Qeyd edək ki, bu yanlış addımdır.
Yol Hərəkəti Haqqında Qanunun 85-ci maddəsinin qeyd hissəsində yazıldığı kimi, sürücünün tabe olmadığını qeydə aldıqdan sonra radio-cihaz vasitəsi ilə məlumat verərək müvafiq raport tərib etməlidir. Əgər özü patrul avtomobili ilə nəqliyyat vasitəsini təqib edərək sürücünü dayandırırsa, deməli sürücü ona tabe olmuş sayılır. Buna görə isə həmin sürücüyə tabe olmamaq üzrə qərar verilməsi qanunsuzdur.
Avto fm radiosunda yayımlanan verilişdə hüquqşünas Ərşad Hüseynov sürücülərə bu məsələni ətraflı şəkildə izah edib.
 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh