Avtosfer.az | Reklam
Texniki baxışda sürücüdən bu şeylər tələb oluna bilməz- Ərşad Hüseynov - VİDEO
Yazarlar 23 May 2020 23:08 Oxunub 9310
Texniki baxışda sürücüdən  bu şeylər tələb oluna bilməz- Ərşad Hüseynov - VİDEO
Yanıb-sönən qırmızı fənər alternativ kimi istifadə olunur

Bir neçə sürücü redaksiyamızın elektron ünvanına yazaraq texniki baxış zamanı onlardan yanıb-sönən qırmızı fənər və avtomobilin diyirlənməyinə qarşı olan dayaqların tələb olunduğunu bildiriblər.
Avtosfer.az xəbər verir ki, qeyd olunan əşyalar hər avtomobilin sürücüsündən tələb oluna bilməz. Bu barədə hüquqşünas Ərşad Hüseynov Avto Fm radiosunda yayımlanan verilişdə ona verilən suala cavab olaraq bildirib ki, minik avtomobillərinin texniki baxışı zamanı yalnız dərman qutusu, odsöndürən və qəza dayanma nişanı olmalıdır.
İcazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərində və icazə verilmiş maksimum kütləsi 5 tondan çox olan avtobuslarda qeyd olunanlardan əlavə olaraq diyirlənməyə qarşı dayaqlar da olmalıdır(azı ikisi).
Yanıb-sönən qırmızı fənər isə heç bir nəqliyyat vasitəsi üçün məcburi deyil. Bu fənər qəza dayanma nişanının alternativi kimi istifadə edilə bilər.

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh