Bakıda məşhur şirkətin "Galenwagen"i "protiv" getdi - 90-AR-300 - VİDEO

Qaydalar 26 Sentyabr 2024 15:16 Oxunub 1580
Bakıda məşhur şirkətin "Galenwagen"i "protiv" getdi - 90-AR-300 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda yol hərəkəti qaydasını pozan sürücünün videosu kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 26-da, paytaxtın Badamdar şosesində baş verib.

Belə ki, 90-AR-300 qeydiyyat nişanlı "Mercedes Gelandewagen" markalı avtomobilin sürücüsü kəsişmə yerindən çıxan zaman kobud qayda pozuntusuna yol verib. O, 200 metr yaxınlıqdakı geriyə dönmə yerinə getməmək üçün əks yola çıxaraq məsafəni qısaldıb. Daha sonra isə ayırıcı zolağın kəsiyindən sağa keçərək öz yoluna qayıdıb.

Bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat məbləğində cərimə nəzərdə tutulub.

Qeyd edək ki, 90-AR-300 qeydiyyat nişanlı avtomobil "Ceylan" MMC şirkətinə məxsusdur.

 

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh