ABŞ-da helikopter qəzası zamanı 6 nəfər həlak olub - VİDEO
Qəzalar 23 İyun 2022 10:29 Oxunub 450
ABŞ-da helikopter qəzası zamanı 6 nəfər həlak olub  - VİDEO

ABŞ-da şəxsi “Bell UH-1B” helikopteri Qərbi Virciniya ştatının Loqan qraflığında qəzaya uğrayıb.

Avtosfer.az xəbər verir ki, bu barədə WBOY telekanalı məlumat yayıb. Hadisə zamanı təyyarənin göyərtəsində olan altı nəfərin hamısı həlak olub.

Məlumata görə, yerli vaxtla saat 17:00 radələrində (23 iyun Bakı vaxtı ilə saat 01:00) helikopter magistral yolun yaxınlığındakı dağlıq əraziyə düşüb. Təcili yardım xidmətləri hadisə yerinə əraziyə cəlb edilib, magistral yol bağlanıb.

Qəzanın səbəbi hələ məlum deyil. Hadisə ilə bağlı FAA (Federal Aviasiya Administrasiyası) və Nəqliyyatda Milli Təhlükəsizlik Şurası araşdırma aparacaq.

“Report”

ŞƏRH YAZ
Ad

E-mail

Şərh