Azərbaycanda AĞIR QƏZA: Ölənlərin sayı artdı, yaralanan da var - YENİLƏNİB - FOTO

Avtosfer Foto 6 İyul 2022 17:30 Oxunub 3058
Azərbaycanda AĞIR QƏZA:  Ölənlərin sayı artdı, yaralanan da var  - YENİLƏNİB - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Şabranda avtomobil qəzasında ölənlərin sayı 3-ə çatıb. Ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin şəxsiyyəti məlum olub. Bunlar, 1957-ci il təvəllüdlü Səlimov Nazim Məhəmməd oğlu, 1961-ci il təvəllüdlü Səlimova Zülfət Seyfulla qızı və 1986-cı il təvəllüdlü Aydın Əlif oğlu Məmmədovdur.

***

Şabran rayonunda ağır yol-nəqliyyat hadisəsi olub. Avtosfer.az xəbər verir ki, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Şabran rayonu Gəndob kəndindən keçən hissəsində baş verib.

Belə ki, VAZ-2107 və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı və ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

report.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh