Azərbaycanda hərbçi faciəli şəkildə öldü - YENİLƏNİB

Qəzalar 9 İyun 2026 12:26
Azərbaycanda hərbçi faciəli şəkildə öldü   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Bərdə rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar bu gün saat 06:50-də 2007-ci il təvəllüdlü şəxs (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib

Bildirilib ki, döş qəfəsinin küt travması, sağ körpücük sümüyünün sınığı, başın tüklü hissəsinin açıq yarası, qapalı kəllə-beyin travması diaqnozu təyin olunan pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır.

Qeyd edək ki, hadisə nəticəsində bir nəfərin (kişi) isə həkiməqədər ölüm faktı qeydə alınıb.

***09:54

Bərdə rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Borsunlu-Hindarx avtomobil yolunun Bərdə rayonunun Soğanverdilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan “Toyota Prius” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Qəza nəticəsində avtomobildə sərnişin qismində olan Ağdam rayon sakini, hərbçi Orxan Əliyev hadisə yerində həyatını itirib.

Məlumata əsasən, hadisə zamanı daha bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb və onlara zəruri tibbi yardım göstərilib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Qəzanın başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Oxunub : 672
ŞƏRH YAZ
Ad

E-mail

Şərh