Bakıda “Prius” YPX avtomobilinə ÇIRPILDI: Yaralanan var - VİDEO - YENİLƏNİB

Yol polisi 24 May 2022 16:09 Oxunub 3082
Bakıda “Prius” YPX avtomobilinə ÇIRPILDI:  Yaralanan var  - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda Yol Patrul Xidməti avtomobilinin iştirakı ilə qəza baş verib. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. Onun sözlərinə görə, hadisə bu gün günorta saatlarında aeroport yolu istiqamətində qeydə alınıb: “Toyota Prius” markalı avtonobil yol kənarında dayanmış YPX avtomobilinə çırpılıb. Nəticədə həmin avtomobilin sürücüsü və xidmətdə olan iki əməkdaşımız yüngül xəsarət alıblar.

Əməkdaşlarımızdan birinə yerindəcə ilkin tibbi yardım göstərilib. Digər əməkdaş isə Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib. Onun da vəziyyəti yaxşıdır və tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır”.

Qəzanın videogörüntülərini təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh