Dirəyə çırpılan "Tofaş" ikiyə bölündü, sürücü öldü - FOTO

Avtosfer Foto 11 Avqust 2020 23:05 Oxunub 4458
 Dirəyə çırpılan "Tofaş" ikiyə bölündü, sürücü öldü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyənin Tokat vilayətində minik avtomobilinin iştirak ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında Dərbənd məhəlləsində qeydə alınıb.

Məlumata görə, 38 yaşlı Səlami Ö. idarə etdiyi 60 VB 376 qeydiyyat nömrə nişanlı "Tofaş Şahin" markalı minik avtomobillə, hərəkətdə olan zaman naməlum səblərdən sükan idarəetməsini itirərək elektrik dirəyinə çırpılıb. Zərbənin təsirindən maşın iki hissəyə bölünüb. Qəza nəticəsində sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla əlaqədar araşdırmalara başlanılıb. 

 

Namiq Musayev 

 

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh