Oğurladığı maşınla polisdən qaçıb ağır qəza törətdən sürücü həbs edildi - FOTO - VİDEO - YENİLƏNİB

Avtosfer Foto 3 İyun 2020 20:24 Oxunub 5526
Oğurladığı maşınla polisdən qaçıb ağır qəza törətdən sürücü həbs edildi  - FOTO - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü hadisə yerindən qaçarkən YPX əməkdaşları tərəfindən saxlanılıb

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-az verilən məlumata görə, sürücü İsmayılov Elvin Habil oğlu həbs edilib. Avtomobil qaçırma, narkotik vasitələrdən istifadə və avtoxuliqanlıq edən sürücü Xətai rayon Məhkəməsinin qərarı ilə 30 gün müddətində inzibati həbs olunub  və 1 il sürücülük hüququndan məhrum edilib. 

***********

Bu gün günorta saatlarında "Amay" ticarət mərkəzinin qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, “VAZ 2107” markalı avtomobil Nobel prospektində əks hərəkət istiqamətindəki zolağa daxil olduğundan qarşıdan gələn “Mercedes” markalı avtomobillə toqquşub. Sürücü hadisə yerindən qaçarkən YPX əməkdaşları tərəfindən saxlanılıb. Avtomobildən iki əlavə nömrə götürülüb.

İlkin ehtimal olaraq maşının oğurluq olduğu, sürücünün polis təqibindən qaçdığı üçün qarşı zolağa girdiyi bildirilir. Həmçinin, sürücü təqibdən qaçarkən polis maşınına da zərər vurub.
Hadisə yerinə hüquq- mühafizə orqanı əməkdaşları gəlib. Araşdırma aparılır. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh