"VAZ-2107" "Aeroport" yolunda xuliqanlıq edib yolu bağladı - Junalistə hücüm edib təhqir etdi
Gündəm 21 İyul 2021 22:28 Oxunub 2106
"VAZ-2107" "Aeroport" yolunda xuliqanlıq edib yolu bağladı - Junalistə hücüm edib təhqir etdi

Bu gün axşam saatlarında VAZ-2107 markalı avtomobilinin sürücüsü “Aeroport” yolunda avtoxuliqanlıq edib. Avtosfer.az manset.az-a istinadən xəbər verir ki, 90-KD-119 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobilin sürücüsü adıçəkilən yolda naməlum səbəbdən idarə etdiyi maşını yolun ortasında saxlayaraq hərəkəti tam məhdudlaşdırıb. Nəticədə prosoektdə böyük tıxac yaranıb, yolda qalan insanlar isə narazılıq edib.
Hadisə yerində olan Manset.az-ın əməkdaşı məlum hadisəni lentə almaq istəyərkən həmin xuliqanlıq etmiş sürücü saytın əməkdaşına hücum edib, onun mobil telefonunu sındırıb və nalayiq sözlərlə təhqir edib.
Məsələ ilə bağlı polis orqanlarına müraciət edilib. Hazırda qanunazidd əməllər törədən sürücü axtarılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh